Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2018
22:18
Azərbaycanlı turistlər ən çox bu ölkələrə səfər edirlər -STATİSTİKA

2018-ci ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz azalaraq 943,3 min nəfər olub.

Ölkə vətəndaşlarının 31,6 faizi Gürcüstana, 27,2 faizi İrana, 21,8 faizi Rusiyaya, 12,3 faizi Türkiyəyə, 1,8 faizi Ukraynaya, 1,5 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 69,9 faizi kişilər, 30,1 faizi isə qadınlar olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,9 faiz artıb, Türkiyəyə gedənlərin sayı 21,6 faiz, Gürcüstana gedənlərin sayı 7,4 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 0,1 faiz azalıb.

Cari ilin yanvar-mart aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 79,7 faizi dəmir yolu və avtomobil, 19,4 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib. (Trend)

Məqalədə : turizm 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2018 05:22



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com