Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2018
20:38
1047
Bu prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Yasamal rayonu Hüseyn Cavid prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 24 aprel 2018-ci il tarixində adı çəkilən ünvanlarda axşam saat 22:00-dan etibarən hərəkət qismən məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, qismən məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

Agentlik sürücülərdən qeyd olunan tarixlərdə alternativ yollardan istifadə etməyi tövsiyə edir və sözügedən ünvanlarda hərəkətdə olarkən diqqətli olmaları, ərazidə yerləşdiriləcək müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələrini xahiş edir.

Məqalədə : nəqliyyat yol bağlanacaq 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2018 12:45

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status