Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2018
16:57
1401
Bakıda olan dünyanın ən nəhəng palçıq vulkanı ikinci dəfə püskürüb

Aprelin 22-də Bakı şəhərindən 76 kilometr cənub-qərbdə yerləşən Torağay palçıq vulkanının növbəti dəfə püskürməsi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu (GGİ) məlumat yayıb.

GGİ-nin palçıq vulkanizmi şöbəsindən FaktXeber.com-a verilən məlumatda bildirilir ki, Şamaxı-Qobustan neftli-qazlı rayonunun cənubundakı bu vulkan marfometrik göstəricilərinə görə dünyanın ən nəhəng palçıq vulkanı sayılır. Mütləq hündürlüyü 400 metrdən bir qədər yüksək, oturacağının ölçüləri 3,8 x 2,9 kilometr olan Torağay palçıq vulkanın sonuncu püskürməsi bu il mart ayının 1-də baş verib. Bundan əvvəlki püskürmə 1988-ci il ildə qeydə alınıb.

Vulkanın yeni püskürməsi iki fazada - ilkin faza saat 7:58, sonuncusu isə 9:45 radələrində baş verib. Püskürmədən sonra GGİ-nin palçıq vulkanizmi şöbəsinin alimləri vulkan sahəsində çöl-tədqiqat işləri həyata keçirərək baş vermiş püskürməni qiymətləndiriblər. Hesablamalara görə, Torağayın qərbində yerləşən eruptiv kanalın fəaliyyəti nəticəsində yer səthinə xaric olunmuş brekçiyanın sahəsi 6,1 hektar, həcmi isə 42 525 kubmetr olub. Püskürmə nəticəsində Torağayın cənub-qərb yamacı boyu əmələ gələn vulkan dilinin uzunluğu 1 kilometr çoxdur. Vizual qiymətləndirmələrə görə, püskürmə ilə əlaqədar əmələ gələn alov sütunlarının hündürlüyü 400 metrə çatıb.

Son illər Azərbaycan ərazisində müşahidə olunan püskürmələrin sayında və miqyasında qeydə alınan göstəricilər regionda baş verən geodinamik gərginliklə əlaqələndirilir.

Məqalədə : palçıq vulkanı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2018 15:31

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru