Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2018
16:40
2365
Uşaqların Bakı metrosuna ekskursiyası təşkil edilib-FOTO

FaktXeber.com-un məlumatına görə, "Bakı Metropoliteni" QSC-də korporativ sosial məsuliyyət çərçivəsində daha bir aksiyaya start verilib. Metropolitendə çalışan işçilərin azyaşlı övladları və nəvələri üçün "Nərimanov" elektrik deposunda ekskursiyaların təşkilinə başlanılıb.

Bu aksiyanın həyata keçirilməsində məqsəd metropolitençi ailələrində böyüyən uşaqların təlim-tərbiyəsinə əyani nümunələrin təsirini artıraraq, onları valideynlərinin çalışdığı müəssisə ilə tanış etmək, valideyn əməyini dəyərləndirməyi öyrənmək, əməyə münasibətin formalaşması, istehsalatla, texnika və texnologiyalarla tanış olmasına, həmçinin müxtəlif peşələrə maraq yaratmaqdır. Bu amillər uşaqların gələcəkdə peşə seçiminə, karyera yüksəlişinə əhəmiyyətli təsir edə biləcək gücə malikdir.

Uşaqlar depoya ekskursiya çərçivəsində qatarların gecələməsi və təmir şəraiti, hərəkət tərkiblərinin idarə olunması, həmçinin gecə növbəsində əsas hərəkət vasitəsi olan təsərrüfat qatarlarının işi ilə yaxından tanış olublar. Uşaqlara qatarların təmiri ilə bağlı proseslər izah olunub, qatarların əsaslı təmiri sexində görülən işlər barədə maraqlı söhbət açılıb.

Onlara qatarların hərəkətinin idarə olunması üzrə yeni tikilən mərkəz barədə məlumat verilib. Qatar maşinistinin hazırlanması, biliklərinin artırılması və yoxlanmasında xüsusi rol oynayan trenajor uşaqların daha çox diqqətini çəkib. Onlar depo ərazisində yerləşən idman-sağlamlıq kompleksində, yeməkxanada yaradılmış şəraitlə də tanış olublar. 

Sonda qonaqlara metropolitenin simvolik hədiyyələri təqdim olunub.

Ekskursiyanın əyləncəli xarakteri uşaqların asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, onların dünya görüşünün genişlənməsinə, təfəkkürünü möhkəmləndirməyə əhəmiyyətli təsir edəcək.

Qeyd edək ki, metropolitençilərin azyaşlı övladları üçün bu ekskursiyalar mütəmadi təşkil ediləcək.

Məqalədə : metro 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
295

Günün qarşılaşmaları TV AFİŞA

20

Sentyabr
15:57
İDMAN
227

Bu il 150 milyondan çox sərnişin daşınıb

20

Sentyabr
15:56
NƏQLİYYAT
161

ABŞ kubalı diplomatları ölkədən qovur

20

Sentyabr
14:54
DÜNYA
150

Yol polisi ilə sürücü əlbəyaxa oldular - VİDEO

20

Sentyabr
14:15
HÜQUQ,HADİSƏ
377

"Huawei Mate 30"smartfonu nümayiş olunub - VİDEO

20

Sentyabr
12:39
MARAQLIDIR
290

Naxçıvanda KİVDF yaradıldı

20

Sentyabr
12:25
ÖLKƏ
230

Şəmkirdə ağır yol qəzası baş verib

20

Sentyabr
12:12
HÜQUQ,HADİSƏ
183
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 00:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru