Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2018
15:20
Lordlar Palatasının üzvü: BBC Suriyadakı həqiqətləri göstərmir

Suriyaya səfər edən İngiltərə Lordlar Palatasının üzvü Karolina Koks (Caroline Cox) yerli əhalinin prezident Bəşər Əsədi dəstəklədiyini və BBC-nin isə ölkədəki həqiqətləri göstərmədiyini açıqlayıb. FaktXəbər bildirir ki, bu barədə o, "Russia Today" televiziyası ilə Suriyadakı təəssüratlarını bölüşərkən danışıb.

Karolina Koks müsahibə zamanı vurğuayıb ki, Suriyada hökumət rəsmiləri, müxaliflər, sənətkarlar, intellektuallar, yazıçılar və mülki şəxslər də daxil olmaqla, fərqli təbəqələrdən insanlarla bir araya gəlib.

Lordlar Palatasının üzvü əlavə edib ki, yerli əhali Suriya ordusuna, Bəşər Əsədə və terrorçulardan onları xilas etdiyi üçün Rusiyaya minnətdardır.

Karolina Koks həmçinin deyib ki, BBC kimi İngiltərənin mətbuat orqanları Suriya ictimaiyyətinin münasibətini düzgün şəkildə göstərmir: "İnsanlar Suriya xalqının baxışını görmək istəyir. BBC-nin xəbərlərinin çoxu qərəzli və birtərəfli olması geniş təbəqələrdə hiss edilir və dilə gətirilir. Buna görə də ingilislər hadisələrə daha geniş bir pəncərədən baxmaq istəyir".

Suriyaya etdiyi səfərin səhv olduğuna və təxribat məqsədi daşıdığına dair ittihamlara cavab verən Koks bunları əlavə edib: "Gördüyüm adi insanlarla sərbəst danışırdım. Belə bir şey hökumət tərəfindən əvvəlcədən planlaşdırıla bilməzdi. Hələbdəki parklardan birində iki xoş müsəlman qadınla danışdım. Bu da əvvəlcədən planlaşdırılmamışdı. Onlara ölkədəki vəziyyətlə bağlı nələr hiss etdiklərini soruşdum. Danışdıqları rəsmi tədbirlərdə eşitdiklərimizlə tamamilə uyğun idi. Xahiş edirəm ki, suriyalılara gələcəklərini təyin etmək azadlığı verilsin".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : BBC 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 10:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com