Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2018
12:30
Akşener razılaşsa, Gül müxalifətin yeni lideri olacaq

Türkiyədə 24 iyunda keçiriləcək növbədənkənar prezident seçkiləri öncəsi müxalif düşərgədə böyük aktivlik müşahidə olunur. Cümhuriyyət Xalq Partiyasi (CHP), Səadət Partiyası (SP) və MHP-dən ayrılan Meral Akşenerin təşkilatı ittifaq mövzusunda razılığa gəliblər.

FaktXəbər "CNNTürk"ə istinadən bildirir ki, CHP və SP liderləri artıq seçkilərə vahid namizəd olaraq Abdulla Gülün çıxarılmasını önə sürüblər. Lakin Meral Akşener hələlik bu təşəbbüsə müsbət cavab verməyib. Əgər xanım siyasətçi Gülün namizədliyinə müsbət baxarsa, onda Rəcəb Tayip Ərdoğan seçkilərdə ciddi rəqiblə üz-üzə gələcək.

Səadət Partiyasının Kayseri şəhərindəki nümayəndələrindən biri təsdiqləyib ki, CHP və SP Abdullah Gülün namizədliyi mövzusunda razılığa gəlib: "CHP və SP, cənab Gülün namizədliyi məsələsində həmfikirdir. Təşkilatımızın sədr müavini Atik Ağdağ bir-bir danışıqları davam etdirir. Ancaq Meral xanım birgə namizədlik məsələsində razı olmayıb".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Abdullah Gül 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 16:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com