Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2018
12:30
Həsən Ruhani Azərbaycan dilindən, Urmiya gölündən və `Traktorsazi`dən danışdı

İran Prezidenti Həsən Ruhani Təbriz şəhərinə səfər edib.

Təbrizlilərlə görüşən Həsən Ruhani ölkədə Azərbaycan dilinin təşviqinə çağırıb: "Biz türk (Azərbaycan dili – red.) dili ilə fəxr edirik. Mən məmurları türk dili və ədəbiyyatının tədrisi mərkəzlərini təşviq etməyə və zəruri kitabları nəşr etməyə çağırıram."

FaktXəbər-in məlumatına görə, Təbrizdə ictimaiyyət qarşısında çıxış edən H.Ruhani qurumaqda olan Urmiya gölünün bərpasına kömək edəcəyinə də söz verib.

Həsən Ruhani çıxışı zamanı bildirib ki, Qərbi Azərbaycanın inkişafı üçün yeni layihələr icra olunacaq: "Ötən il təhlükəsizlik, azadlıq, sülh və tərəqqiyə söz verdik və bu gün Azərbaycan xalqına söz verirəm ki, biz Urmiya gölünün bərpası üçün əlimizdən gələni edəcəyik. Azərbaycan dilinin inkişafı, idman və "Traktorsazi" klubu ilə bağlı verdiyimiz vədlərin də arxasındayıq. Hökumət Urmiya gölünə qarşı olan öhdəlikləri yeryinə yetirir. Urmiya gölünü yenidən canlandırmaq üçün dövlət bir sıra layihələr həyata keçirir. Bunun üçün büdcədən 1 trilyon tümən (təxminən 238 milyon dollar) ayrılıb."

Ruhani çıxışında bildirib ki, Azərbaycan dili İranın iftixarı və ətirli gülüdür: "Mən qeyrətli Azərbaycan xalqının ədəbinə, fədəkarlığına, işlərinə, səylərinə görə təşəkkür edirəm. İranın böyük xalqına və Azərbaycanın qeyrətli xalqına  söz verirəm ki, Amerika, sionistlər və regionun bəzi ərəb ölkələrinin İranın inkişafının qarşısını almaq üçün səyləri səmərəsiz olacaq."

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ruhani Təbriz 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 03:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com