Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2018
10:39
Fransa şirkətindən etiraf: İŞİD-ə pul verdiyimizi hökumət bilirdi

Fransanın sement istehsalı ilə məşğul olan dünyaca məşhur Lafarge şirkətinin Suriyada İŞİD terror təşkilatına dolayı yolla  pul verdiyi barədə Fransa hökumətinin xəbəri olub. FaktXeber.com-un Liberation-a istinadla verdiyi məlumata görə, bu barədə şirkətin sabiq baş direktoru Jan Klod Vayar etiraf edib.

Vayar Fransa kəşfiyyat qurumlarına İŞİD-ə xərac verdiklərini bildirdiklərini və onların da şirkətin Suriyadakı fəaliyyətindən xəbərdar olduğunu deyib.

Qeyd edək ki, Suriyanın Cebalya bölgəsində sement fabriki yaradan  Lafarge-nin 2211-2015-ci illərdə terror təşkilatlarına 13 milyon avro yardım etdikləri məlum olub. Bu barədə ilk məlumatı 2016-cı ildə Fransanın «Le Monde» nəşri araşdırma aparmaqla gündəmə gətirmişdi. Hazırda sözügedən şirkəin 6 nümayəndəsinə qarşı terror təşkilatına yardım etdikləri və xərac verdikləri ilə bağlı istintaq davam edir.

Jan Klod Vayarın özü 2014-cü ildə  Paris Bələdiyyə seçkilərində radikal sağçı «Fransa Beynəlxalq Cəbhənin» namizədi idi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İŞİD pul 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 18:50



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com