Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Aprel

2018
08:54
1758
Bu gün `Liverpul` `Roma`nı qəbul edəcək

Çempionlar Liqasında (ÇL) yarımfinal həyəcanı başlayır. 

FaktXəbər-in məlumatına görə, ilk görüşlər iki günü əhatə edəcək.

Birinci oyun günündə İngiltərənin "Liverpul" klubu doğma azarkeşlər önündə İtaliyanın "Roma" komandası ilə üz-üzə gələcək. "Liverpul" 1/4 final mərhələsində İngiltərənin "Mançester Siti" klubunu çətinlik çəkmədən mübarizədən kənarlaşdırıb - 3:0, 2:1. "Roma" isə İspaniyada 1:4 hesabı ilə məğlub olduğu "Barselona"nı 3:0 hesablı ev qələbəsi və səfər qolu sayəsində üstələyib.

ÇL tarixinin ən uğurlu komandalarından sayılan “Liverpul” 10 ildən sonra yarımfinal həyəcanı yaşayacaqsa, “Roma” buna qədər birinci və sonuncu dəfə 1984-cü ildə bu mərhələdə çıxış etmişdi. Maraqlıdı ki, həmin vaxt finalda məhz bu iki komanda qarşılaşmış və Romadakı görüşdə penaltilər seriyasındakı dəqiqlik hesabına ingilislər kuboku qazanmışdılar.

Çempionlar Liqası

1/2 final, ilk oyun

24 aprel

22:45. "Liverpul” (İngiltərə) – "Roma” (İtaliya)

Baş hakim: Feliks Brıx (Almaniya)

Liverpul, "Enfild" stadionu

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2018 19:41

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status