Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Aprel

2018
23:12
1176
Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov aprelin 23-də mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla  Naxçıvan Mədəniyyət və Turizm Nazirliyinin əsasında Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradılıb.

Sərəncamda  Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Mədəniyyət Nazirliyinin və Naxçıvan Turizm Departamentinin əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Ali Məclisinin sədrinə təqdim etmək tapşırılıb.

Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsində Naxçıvan Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Naxçıvan Mədəniyyət Nazirliyinin və Naxçıvan Turizm Departamentinin 2018-ci ildə fəaliyyətinin maliyyələşməsi təmin ediləcək.

Məqalədə : sərəncam Naxçıvan 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2018 15:37

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru