Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Aprel

2018
19:21
2286
Aydın Əliyev və Nazir İbrahimov işlərini itirdilər

Dövlət Gömrük Komitəsinə yeni sədr təyin edilib.

FaktXəbər-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Səfər Məmməd oğlu Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri  təyin edilib.

Xatırladaq ki,  bu təyinatadək S.Mehdiyev Dövlət Gömrük Komitəsinin sədrinin I müavini olub.

Bu günə kimi Dövlət Gömrük Komitəsinə Aydın Əliyev rəhbərlik edirdi. 

Prezidentin bir başqa Sərəncamı ilə Fuad Muradov Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. 

Bu barədə Prezident İlham Əliyev aprelin 23-də “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb. 

Qeyd edək ki, F.Muradov bu təyinatadək Milli Məclisin Gənclər və idman komitəsinin sədri vəzifəsində işləyib.

Bundan əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin sədri isə Nazim İbrahimov idi. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2018 15:42

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru