Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Aprel

2018
11:53
Dünya Bankı: Azərbaycanda iqtisadi artım gözlənilir

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozları yüksəldib.

Bu il Azərbaycanda iqtisadi artım 1,8% təşkil edəcək.

DB-nin mütəxəssisləri hesab edir ki,  "Şahdəniz 2" layihəsinin hesabına Azərbaycanda ortamüddətli dövrdə ÜDM artımı, qeyri-neft sektorunun inkişafı sürətlənəcək. Bundan başqa, qurumun analitiklərinin fikrincə, ölkənin sabit neft hasilatı və dünya bazarında "qara qızıl"ın qiymətinin yüksək olması da iqtisadi artım tempinə müsbət təsir edəcək.

"Dövlət investisiyalarının artırılması qeyri-neft sektorunda artımı şərtləndirəcək. Mərkəzi bank inflyasiyanı cilovlamaq üçün pul-kredit siyasətinin sərtləşdirilmə siyasətini davam etdirməlidir", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, DB yanvar ayında 2018-ci ildə Azərbaycanda 0,9%-lik artım proqnozlaşdırıb.(apa)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : iqtisadi artım 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 18:51



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com