Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2018
21:07
Qurbanov Mircavadovun rekordunu təkrarladı

Bu gün Topaz Premyer Liqasında ölkə çempionunun adı bəlli olub. Ümumilikdə 6-cı dəfə qızıl medallara yiyələnən “Qarabağ” 5-ci dəfə Qurban Qurbanovun rəhbərliyi altında çempionluq sevinci yaşayıb.

FaktXəbər-in məlumatına görə, bu qələbə ilə 46 yaşlı mütəxəssis baş məşqçi kimi qazandığı qızıl medalların sayında Azərbaycan rekordunu təkrarlayıb. Bunadək rekordun vahid sahibi Ağasəlim Mircavadov idi. “Qarabağ”ı ilk çempionluğuna daşıyan mütəxəssis sonradan iki dəfə “Şəmkir, bir dəfə “Neftçi” və “Xəzər Lənkəran”la uğur qazanıb. Lakin eyni komandada, həm də ardıcıl qazanılan qızıl medallarda Qurbanov öz rekordunu yeniləyib. Bütün çempionluqları “Qarabağ”la yaşayan çalışdırıcı bu uğurları ardıcıl gerçəkləşdirib.

Ümumilikdə 10 baş məşqçi komandası ilə Azərbaycan çempionatının 1-cisi olub. Hərəyə 5 çempionluq qazanan Mircavadovla Qurbanovdan başqa, Kazbek Tuayev 4, Mehman Allahverdiyev və Böyükağa Hacıyev hərəyə 3 dəfə uğur qazanıb. Digər 5 çalışdırıcı - Əhməd Ələsgərov,  Valentin Xodukin, Qyoko Hacievski, Kaxaber Sxadadze və Arif Əsədov hərəyə 1 dəfə uğur qazanıb.

mövsüm

çempion

1992

Əhməd Ələsgərov

1993

Ağasəlim Mircavadov

1993/94

Kazbek Tuayev

1994/95

Mehman Allahverdiyev

1995/96

Kazbek Tuayev

1996/97

Kazbek Tuayev

1997/98

Mehman Allahverdiyev

1998/99

Mehman Allahverdiyev

1999/2000

Ağasəlim Mircavadov

2000/01

Ağasəlim Mircavadov

2001/02

yarımçıq qalıb

2002/03

Keçirilməyib

2003/04

Kazbek Tuayev

2004/05

Ağasəlim Mircavadov

2005/06

Böyükağa Hacıyev

2006/07

Ağasəlim Mircavadov

2007/08

Valentin Xodukin

2008/09

Qyoko Hacievski

 2009/10

Kaxaber Sxadadze

2010/11

Arif Əsədov

2011/12

Böyükağa Hacıyev

2012/13

Böyükağa Hacıyev

2013/14

Qurban Qurbanov

2014/15

Qurban Qurbanov

2015/16

Qurban Qurbanov

2016/17

Qurban Qurbanov

2017/18

Qurban Qurbanov

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qurban Qurbanov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2018 16:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com