Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Aprel

2018
14:42
Dünyanın ən yaşlı insanı öldü - FOTO

Dünyanın ən yaşlı insanı hesab edilən Nabi Tajima Yaponiyanın cənubunda 117 yaşında dünyasını dəyişib.

FaktXəbər-in məlumatına görə, Kaqoşimanın Kikai şəhər rəhbərliyinin rəsmisi yanvar ayından bu yana xəstəxanada yatan Tajimanın dünən axşam öldüyünü bildirib.

Yamaykalı Violet Braunun 7 ay əvvəl 117 yaşında dünyasını dəyişməsindən sonra dünyanın ən yaşlı insanı adını qazanmış Tajima 4 avqust 1900-ci ildə doğulub.

Mərkəzi ABŞ-da yerləşən Gerontologiya Araşdırma Qrupu Tajimanın ölümündən sonra 116 yaşlı yapon qadın Çiyo Yoşidanın dünyanın ən yaşlı insanı olduğunu açıqlayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ən yaşlı qadın 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 19:30



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com