Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Aprel

2018
15:34
2550
Prezident Novruz Məmmədovun baş nazir təyin edilməsi haqqında sərəncam imzalayıb

14:56 - Prezident İlham Əliyev Novruz  Məmmədovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

FaktXəbər-in məlumatına görə, sərəncama əsasən, Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikasının baş naziri təyin edilib. Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Milli Məclis Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verib.

Deputatlar onun indiyədək olan fəaliyyətini müsbət qiymətləndiriblər, dövlətçiliyə sadiq şəxs olduğunu qeyd ediblər.

***

Azərbaycan Milli Məclisində baş nazir postuna namizədlik məsələsinə baxılır.

FaktXəbər-in məlumatına görə, bu vəzifəyə Azərvaycan prezidenti tərəfindən Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun namizədliyi irəli sürülüb.

N. Məmmədovun namizədliyinin irəli sürüldüyü spiker Oqtay Əsədov tərəfindən elan edilib.

Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, Prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.

Xatırladaq ki, Artur Rasi-zadə 1996-cı ildən ölkənin baş naziridir.

Məqalədə : Novruz Məmmədov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2018 12:02

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status