Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Aprel

2018
10:59
1992
Müəllimlər üçün müsabiqə: “Azərbaycan Xalq Cümhuriyyəti və təhsil”

Ümumtəhsil müəssisələrində çalışan müəllimlər üçün “Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” mövzusunda yazı müsabiqəsi keçirilir.

Təhsil Nazirliyindən FaktXəbər-ə bildiriblər ki, “Azərbaycan müəllimi” qəzetinin və “Bank of Baku”nun təşkil etdiyi müsabiqə Azərbaycan təhsilinin Cümhuriyyət dövrü mərhələsinin təbliği məqsədini daşıyır.

Təqdim olunan yazılar tanınmış pedaqoq, alim və Cümhuriyyət dövrü tədqiqatçılarından ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Müsabiqənin şərtlərinə əsasən, hər iştirakçı müsabiqəyə yalnız bir yazı təqdim edə bilər. Təqdim olunan yazıların sonunda zəruri məlumatlar (ad, soyad, əlaqə telefonu, çalışdığı müəssisənin adı və tutduğu vəzifə), müsabiqə üçün hazırlandığı qeyd edilməlidir. Yazının həcmi 8-10 min işarədən ibarət olmalıdır.

Yazılar aprelin 20-dən mayın 20-dək [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Qaliblərə diplom və pul mükafatının təqdim olunması nəzərdə tutulur.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2018 12:09

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status