Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Aprel

2018
16:29
Rövşən Əhmədli: Ermənistan Rusiyadan xilas olmaq gücündə deyil

Artıq bir həftəyə yaxındır ki, Ermənistanda kütləvi aksiyalar davam edir. Narazı kütlənin etirazı sabiq prezident Serj Sarkisyanın baş nazir olmasıdır. Mitinq iştirakçıları parlament idarəçiliyi dövründə Serj Sarkisyanın baş nazir olmasını istəmir. Bəs həqiqətdə bu aksiyaların arxasında nə durur və bu etirazlar öz səmərəsini verə biləcəkmi? 

FaktXeber.com məsələ ilə əlaqədar politoloq Rövşən Əhmədlidən münasibət öyrənib.

R.Əhmədli bildirdi ki, ümumilikdə seçkilər hər bir ölkənin həyatında çox mühüm mərhələdir: “Yəni həm namizəd, həm də seçkidə iştirak edənlərin üzərinə məsuliyyət düşür. Xalq öz müqəddaratını müəyyənləşdirmək üçün səslərini etimad etdikləri insanlara verirlər. Ermənistan kimi ölkədə xalq mübarizə aparsa da, seçkinin nəticəsi əvvəldən müəyyən olunub. Bu ölkədə azad, demokratik, şəffaf seçkilərin keçirilməsi mümkün deyil.”

Siyasətçi bildirir ki, burda ilk növbədə Ermənistan kimi ölkənin Rusiyanın təsirindən çıxmasına yönəlik proseslər gedir: “Prezident Sərkisyan Qərbyönümlü, Qərbə inteqrasiyanı tərəfdarı olan Rusiya təəbəələrindən çıxmaq istəyən qüvvələrin namizədi, Serj Sarqsayn isə rejimin başçısıdır. Hər halda proseslər inkişaf edəcək və nəticələr Rusiyanın mövqeyindən, vəziyyətindən, orda gedən proseslərdən asılı olacaq. Əgər Rusiyada Putin dönəmi yekunlaşacaqsa, ölkədə dərin dəyişikliklər baş verəcəksə, onda Ermənistana da bu öz təsirini göstərəcək. Və bundan istifadə edən erməni cəmiyyəti təbii ki, çalışacaq öz gələcəyini Qərblə bağlasın. Yəni bütün məsələlərdə Ermənistan düşmən olsa da, daha praqmatik addımlar atır, ölçülü-biçili hərəkət edir və bütün halda Ermənistan dövlətinin müstəqilliyinə çatmaq istəyirlər. Görünən budur. Hər halda Ermənistan Rusiyanın forpostudur və bundan xilas olmaq elə də asan deyil, o imkanda, o gücdə deyillər.  Hələ də Rusiyadan asılıdırlar. Ermənistan bugünkü varlığına, dövlətinə, işğal etdikləri Azərbaycan torpaqlarına, yalançı tarixlərini təbliğ eləmələrinə görə Rusiyaya borcludurlar və bunu unutmurlar. Amma sabah Rusiya çökərsə, bu ölkənin özündə çox ciddi dəyişikliklər baş verərsə, Moskvanın ətəyindən yapışıb qalmaq fikirləri yoxdur. Buna görə də, ağalarını dəyişmək problemləri də yoxdur. Onların mili maraqlarını qorumağa yönəlik siyasətləri var. Düşünürəm ki, buütün məsələlər Rusiyadakı proseslərdən asılı olacaq. Ermənistan bu məsələlərdə Rusiya variantını gözə alır.”

“Etirazçılara qarşı hüquq-mühafizə orqanlarının münasibəti barədə nə deyə bilərsiz” sualına isə R.Əhmədlinin cavabı belə oldu: 

“Düşünsək ki, Ermənistan hakimiyyəti yalnız axmaqlardan ibarətdir, bu, düz deyil. Necə axmaq ola bilərlər ki, 25 ildən artıqdır Azərbaycan torpaqlarını işğal ediblər və bu gün oranın tam sahibi kimi işlərini görə bilirlər. Nə qədər zəif olsalar da, məğlub durumda olan, torpaqlarını itirən, əhalisi qovulan, təhqir olunan Azərbaycandır. Bu gün Ermənistanda gedən proseslərdə xalqa qarşı amansız rəftar eləməmək də onu göstərir ki, orada hakimiyyət sevdası, şəxsi maraqlar Ermənistanın maraqlarından üstün həddə deyil. Bu gün mitinqdə etiraz edən insanlar da bu maraqlardan çıxış edirlər. Düşünərm ki, dinc, sivil mübarizəni ordu gücünə yatırmaq yalnız dövlətə zərbə vura bilər.”

Qeyd edək ki, Ermənistan Parlament İdarəçiliyinə keçib. Bununla da bütün səlahiyyətlər baş nazirə verilib.

Məqalədə : Rövşən Əhmədli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61233

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59005

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60698

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60308

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65845

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60141

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60339
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-01-2021 13:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru