İçməli su təminatında dəyişikliklər olacaq

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Aprel

2018
15:02
2121
İçməli su təminatında dəyişikliklər olacaq

Azərbaycan prezidenti İlham Əliyevin istehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən, “Azərsu”ya 15 milyon vəsait ayrılıb. Bu sərəncamdan irəli gələn məsələlərin icrasına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti binadaxili kommunikasiyalarin yenilənməsi, yeni su xətlərinin çəkilişi və abonentlərin su sayğacları ilə təmin edilməsinə başlayıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Modern.az-a deyib ki, bu işlərin bir sıra müsbət üstünlükləri var:

“İlkin olaraq istismar müddətini başa vurmuş borulardan xilas olunacaq, suyun təminatında, dayanıqlılığında və keyfiyyətində irəliləyiş baş verəcək;

İkincisi, binaların zirzəmilərində ekoloji-sanitar vəziyyət stabilləşəcək, köhnə borulardan su sızması, su qalıqlarının yığılması halları baş verməyəcək və s.;

Üçüncüsü, binaların özülünün möhkəmliyi qorunacaq;

Dördüncüsü, su itkiləri minimumum enəcək;

Beşincisi, satılan suyu həcmi artacaq;

Altıncısı, bütün abonentlər su sayğacı ilə təmin olunduğundan dəqiq uçot aparılacaq;

Yeddincisi, bu yığımların artımına böyük təsiri edəcək. Məsələn, sayğac mənzildə olanda ev sahiblərinin bəziləri sayğacın oxunmasına imkan yaratmırlar, yəni qapını açmırlar. Qapı açılmayanda da əməkdaşlarımız vəzifəsini icra edə bilmir. Halbuki,  “Su təchizatı haqqında” Qanunda göstərilib ki, abonent, əməkdaşımızın vəzifəsini yerinə yetirməsi üçün lazımi şərait yaratmalıdır”.

Qurum rəsmisi bildirib ki, buna qədər sayğaclar mənzildə yerləşdirildiyindən borclu abonentlərin su təminatının fərdi qaydada dayandırılması da mümkün olmurdu: “Layihənin reallaşmasından sonra bu kimi problemlər tamamailə aradan qalxacaq. Ən əsasə hidravlik rejimləri təmin etməklə, bu gün qrafiklə su alan binaların əksəriyyətinin fasiləsiz - 24 saat su təminatına nail olunacaq. Hazırda layihə Bakda, Şirvanda, Sumqayıtda və bəzi rayon mərkəzlərində davam edir. Bakıda Binəqədi, Sabunçu, Suraxanı, Yasamal və s. rayonlarda işlərimiz davam edir. Nizami rayonunda işlər tam yekunlaşmaq üzrədir. İndiyə qədər 5 mindən artıq çoxmənzilli yaşayış binasının daxili su təchizatı və kanalizasiya sistemləri yenidən qurulub ”.

A.Cəbrayıllının sözlərinə görə, “Azərsu” ASC-nin hazırda 1 milyon 410 minə yaxın abunəçi var ki, onların da 78,1 faizi sayğacla təmin edilib. Strateji yol xəritəsində də göstərilib ki, bütün abonentlər sayğacla təmin olunmalıdır.

Məqalədə : İçməli su 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2018 05:25



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com