Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Aprel

2018
12:09
Zəvvarların növbəti Ümrə ziyarətinin tarixi açıqlanıb

Azərbaycandan bir qrup zəvvarın növbəti kiçik Həcc ziyarətinin (Ümrə) tarixi açıqlanıb.

28 zəvvardan ibarət qrup aprelin 23-də yola düşəcək.  

Ziyarət aprelin 30-da başa çatacaq. Həmin gün zəvvarlar Azərbaycana qayıdacaqlar.

Məlumata görə, 3 günlük Mədinə, 5 günlük Məkkə ziyarəti ilə yekunlaşan Ümrə ziyarəti üçün digər qrupun səfəri Ramazan ayına (iyunun 15-16-sı) planlaşdırılır. Bu səfərdə daha çox zəvvarın iştitak edəcəyi gözlənilir. 

Qeyd edək ki, Həcc ziyarətindən iki ay sonra kiçik Həcc ziyarətinə səfərlər başlayır. Bu il Ümrə ziyarəti üçün tələb edilən vəsaitin məbləği aşağı salınıb. Məsələn, keçən il Ümrə ziyarəti üçün ən aşağı qiymət 2 min dollardan çox idi. Hazırda qiymətlər otelə görə 1500 dollardan 2300 dollara qədər dəyişir. Yəni, qiymətlər 500 dollardan da çox ucuzlaşıb. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ümrə ziyarəti 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 15:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com