Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Aprel

2018
11:49
Yol polisi 74 sürücünün hüququnu pozub - RƏSMİ

"Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2017-ci ildə polisə gətirmə, saxlanılma və məsuliyyət tədbirlərinin tətbiqi prosesində qanunçuluğa ciddi riayət olunması, insan hüquq və azadlıqlarının təmin edilməsi kimi vacib məsələlər diqqət mərkəzində saxlanılıb, daxili nəzarət çərçivəsində aşkarlanan 312 fakt üzrə (90-ı vətəndaşlarla kobud rəftar, 88-i polisə əsassız gətirmə və saxlama, 74-ü sürücülərin hüquqlarının pozulması, 11-i əsassız cinayət məsuliyyətinə cəlb etmə, 4-ü əcnəbilərin və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 45-i digər hallar) 414 əməkdaş intizam qaydasında cəzalandırılıb".

Bu barədə Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində bildirilib.

"Onlardan 26-ı daxili işlər orqanlarında xidmətdən xaric olunub, 40-ı tutduğu vəzifədən azad edilib, 348 əməkdaş barəsində digər tənbeh tədbirləri görülüb.

Bir sıra hallarda polis orqanlarının müvafiq vəzifəli şəxsləri tərəfindən əsassız olaraq cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi haqqında qərarların qəbul edilməsi kimi hallar müəyyən edilib", - məruzə sənədində qeyd olunub.

Məqalədə : Yol Polisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3590

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2668

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2075

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1796
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-03-2020 19:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru