Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Aprel

2018
11:39
Publisist Karapetyan: `Şəxsən mənə Qarabağ lazım deyil`

Ermənistanda müxalifətin bir neçə gündür paytaxt İrəvanda keçirdiyi mitinqlər ölkədə əsas müzakirəyə çevrilib. FaktXəbər-in verdiyi məlumata görə, ölkənin internet istifadəçiləri hakim partiyanın Ermənistanın sosial-iqtisadi vəziyyətini kritik səviyyəyə gətirməkdə ittiham edir. Erməninstanda minimum yaşayış səviyyəsinin dözülməz olmasına görə Serj Sarkisyan və onun Qarabağ klanı günharkar hesab olunur.

Erməni publisist Lilian Karapetyan Facebook səhifəsində Sarkisyanın ölkəni bərbad vəziyyətə saldığını qeyd edib: "Biz Ermənistanın keçmiş prezidenti - Sarkisyanın idarəçiliyindən bezmişik. O, bizim üçün heç nə etmədi. O, yalnız xalqı qarət etdi, indi isə baş nazir olmaq istəyir. Sarkisyan etibarsız və təhlükəli adamdır".
 
Karapetyan həmçinin vurğulayıb ki, erməni xalqı Qarabağ avantürasının girovuna çevrilib: "Mənə maraqlı deyil, Qarabağ bizimdir, yoxsa Azərbaycanın. Şəxsən mənə Qarabağ lazım deyil. Qoy, öz Qarabağlarını götürsünlər".
 
O, hətta ukraynalı aktivistləri ermənilərə köməyə gəlməyə də çağırıb: "Yaxşı olardı ukraynalı dostlar bura gələrdilər və erməni Maydanını yaradardılar. Ukraynada oğrunu devirə bildilər, niyə də Ermənistanda olmasın? Əgər kütlə toplaşsa, onda Serj və onun oğru dəstəsi devriləcək. Ona nə Qarabağ klanı, nə də Kreml kömək edə biləcək. Serj yaradan olmaq istəyir. Kim ki, yüksəkdən uçur, sonda aşağı düşür".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Ermənistan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2018 20:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com