İntihar edən MTN-çinin əmlakı ailəsinə qaytarılmadı

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Aprel

2018
11:39
2312
İntihar edən MTN-çinin əmlakı ailəsinə qaytarılmadı

"MTN işi" üzrə həbs edilən və saxlanıldığı istintaq təcridxanasında özünü asaraq intihar edən polkovnik İlqar Əliyevin ailəsi onun əmlakının geri qaytarılması üçün apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin icraatında olan prosesdə verilən qərara əsasən polkovnikin əmlakı ailəsinə qaytarılmayıb. 

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsi general Elçin Quliyev və polkovnik Azər Mehdiyevə hökm çıxararkən İ.Əliyevin də əmlakının müsadirə olunmasına qərar verib. 

Xatırladaq ki, İlqar Əliyevə məxsus Badamdar qəsəbəsində 12 sot torpaq sahəsi və 2 mərtəbəli villa (798 min manat), Badamdar qəsəbəsində 6 sot torpaq sahəsi (180 min manat), N.Nərimanov prospektində obyekt (418 min manat), Nabranda 6 sot torpaq (12 min manat), Şamaxı rayonu Avaxıl kəndində torpaq sahələri (12 min 400 manat), Mərdəkan qəsəbəsində bağ evi (192 min manat), Ceyranbatan qəsəbəsində 8 sot torpaq sahəsi (21 min manat), Göyçay şəhərində daşınmaz əmlak (114 min manat), Çöyçay rayonu Çərəkə kəndində 2 hektar torpaq sahəsi (7200 manat) olan əmlakların üzərinə həbs qoyulub. (Qafqazinfo)

Məqalədə : MTN müsadirə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2018 05:25



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com