Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 May

2012
23:05
640
`QALATASARAY` BALTASINI VURUB ÇEMPİON OLDU (VİDEO)
Supet Toto Super Finalında "Qalatasaray" səfərdə "Fənərbaxça" ilə 0-0 edib Türkiyə çempionu oldu

 Türkiyə Super Liqasının son oyunu ölkə çempionunu müəyyənləşdirib. “Fənərbaxça”-“Qalatasaray” derbisində hesab açılmayıb və bu hesab “sarı-qırmızılar”ı çempion edib.

Beləliklə, “Qalatasaray” Türkiyə futbol tarixinin unudulmaz çempionluqlarından birinə imza atdı. Normal mövsümü 9 xallıq üstünlüklə başa vuran komanda Superfinalda bir qədər büdrəsə də, liderliyi sona qədər əldən vermədi və son oyunda qazandığı 1 xal onu çempionluğa yüksəltdi.


Son derbi aşağı sürətlə başlayıb. Əzəli rəqiblər stres üzündən ürəklə oynamağa çəkinirdilər. Heç-heçənin sərf etdiyi “Qalatasaray” birinci hissədə oyunu daha çox meydanın özünə aid hissəsinə keçirirdi. Oyunun 7-ci dəqiqəsində mübahisəli vəziyyətdə “Fənərbaxça”nın oyunçusu Semih topu qapıdan keçirsə də, hakim qolu saymadı.


Oyunda üstünlüyü açıq-aşkar hiss olunan “Fənərbaxça” gözlənilmədən 10 nəfərlə qaldı. Dianın etirazlarından sonra hakim Cüneyt Çakır ona ikinci sarı və ardınca qırmızı vərəqə göstərdi.


Bundan sonra meydanda gərginlik artdı. Semihin Ujvalusini ıxmasından sonra ara qarışdı. Hər iki komandanın əvəzedici heyəti və məşqçilər də meydana girdi. Hakim “Fənərbaxça”dan Yobo, “Qalatasaray”dan isə Meloya sarı kart göstərdi.


81-ci dəqiqədə “Qalatasaray”da 10 nəfərlə qaldı. İkinci sarı kartla Tomas Ujfalusi meydandan qovuldu.


Bütün gərginliklərə baxmayaraq, “Fənərbaxça” istədiyi qolu vura bilmədi və hesabı qoruyan “Qalatasaray” “Kadıköy” stadionunda çempionluğunu elan etdi.

 

Oyunun BİRİNCİ hissəsinin xülasəsi

Qarşıdurma anları

"Fənərbaxça"lı futbolçular ağlayır


Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1157

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
72

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
94

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
321

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
358
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 07:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru