Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Aprel

2018
12:32
Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ

Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, aprelin 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 14-18, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 20-də qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, aprelin 20-si gündüz qərb rayonlarından başlayaraq 23-ü axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Məqalədə : yağış şimşək 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
90

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
95

Milli Məclisin deputatı vəfat edib

07

Dekabr
08:39
ÖLKƏ
304

Dekabrın 9-na manatın məzənnəsi

06

Dekabr
17:24
İQTİSADİYYAT
265

Bakıda hüquqşünas döyülüb

06

Dekabr
16:23
HÜQUQ,HADİSƏ
388

"Nokia 2.3" smartfonu təqdim olunub

06

Dekabr
15:55
MARAQLIDIR
326
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-12-2019 11:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru