Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Aprel

2018
12:13
1317
`Rahat` market oğrunun döyülməsini təkzib etdi - VİDEO

“Rahat” marketlər şəbəkəsi mağazadan oğurluq edən şəxsin döyülməsi ilə bağlı bəzi saytlarda yayılan məlumatlara münasibət bildirib.

Oğurluq edən şəxsin döyülməsi ilə bağlı yazılanlar doğru deyil: “Həmin şəxs mağazadan 19 ədəd “Alpen Gold” şokoladı götürüb. O, şokoladları gizlədərək çıxmaq istəyərkən əməkdaşlarımız onu mağazaya dəvətə edib. Lakin naməlum şəxs qaçmağa başlayıb. Hadisə axşam, hava qaralandan sonra baş verib. Qaçan şəxs qaranlıqda yıxılıb. Yıxılanda onun qaşının üstü əzilib. Yəni, həmin şəxsin market əməkdaşları tərəfindən döyülməsi qeyri-mümkündür. Çünki “Rahat”da mühafizəçilərin kimisə döyməsi, vurması qəti qadağan olunub”.

Marketlər şəbəkəsindən bildirilib ki, həmin şəxs Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarına təhvil edilib: “Bunu sübüt edən görüntülər də var”.

Xatırladaq ki, ötən gün sosial mediada paylaşılan məlumatlarda Neftçilərdəki Rahat marketdən oğurluq edən şəxsin mağazanın mühafizə xidmətinin əməkdaşları tərəfindən döyülməsi faktı yayılmışdı. Vətəndaşlar oğurluq edən şəxsin əməlini qınasalar da, mühafizəçilərin onu döyməsini yolverilməz hall kimi qiymətləndiriblər.

Məqalədə : Rahat Market 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2018 12:32

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status