Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Aprel

2018
11:53
Maaş alacaq din xadimlərinin siyahısı hazırlanır

"Dövlətdən maaş alacaq din xadimlərinin siyahısı Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim edilib".

Bunu jurnalistlərə açıqlmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini icra edən Mübariz Qurbanlı deyib.

O bildirib ki, hazırda fond bu məsələ üzərində işləyir: "Siyahı dəqiqləşdirilir, fondla Qafqaz Müsəlmanları İdarəsi bu istiqamətdə fəaliyyət göstərir. Himayəçilər Şurası da bu məsələni müzakirə edib".

M.Qurbanlı qeyd edib ki, yaxın vaxtlarda həmin maddi dəstəklər məscidlərdə çalışan din xadimlərinə veriləcək: "Fondun vəsaiti yalnız dövlətdən deyil, həm də müxtəlif növ ianələrdən də əldə olunacaq. Dəstək din xadiminin tutduğu vəzifəyə görə fərqli olacaq. Daha çox əmək haqqını imam alacaq. Naxçıvan Muxtar Respublikasında çalışan din xadimlərinə də fonddan maddi dəstək veriləcək".

Məqalədə : din xadimləri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
423

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
362

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
337
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 18:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru