Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Aprel

2018
09:54
DİM: Yaşlı namizədlər uğur qazana bilməyib

Dövlət İmtahan Mərkəzinin (DİM) dövlət qulluğunda inzibati vəzifələrin B növü üzrə keçirdiyi imtahanda iştirak edən namizədlərin yaş kateqoriyası və gender aspektləri üzrə statistik məlumatlar açıqlanıb. 

İmtahanda iştirak etmək məqsədi ilə qeydiyyatdan keçən 1537 namizəddən 970 nəfəri kişi, 567 nəfəri isə qadın iddiaçılar olub.

Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 833 nəfər (qeydiyyatdan keçənlərin 86 %-i), qadınlar üzrə isə 512 nəfər (qeydiyyatdan keçənlərin 90 %-i) 20-34 yaş intervalında olanlardır.

Ən yuxarı yaş qrupu (60-64 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin 3-ü kişi, 1-isə qadındır. Bildirilib ki, yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, imtahanda iştirak edən və yaşı 45-dən yuxarı namizədlərin yalnız 1 nəfəri imtahanda uğur əldə edə bilib.

Ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 1537 namizəddən 469 nəfəri müvəffəqiyyət qazanıb.

Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxslərdən isə 388 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 78 nəfər müvəffəqiyyət əldə edib.

İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 53 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 12 nəfər müvəffəqiyyət qazanıb.

Bundan başqa, 1537 namizəddən 174 nəfəri ali təhsil müəssisələrinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əmri ilə qəbul olmamış şəxslərdir. Onlardan yalnız 13 nəfər (7,4%) uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən 1 nəfər xarici təhsil müəssisəsini, 12 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.

DİM tərəfindən dövlət qulluğu üzrə keçirilən imtahanlar nəticəsində ümumilikdə 1439 nəfər keçid balını toplayaraq müxtəlif altqruplara aid 1515 sertifikat əldə etmək hüququ qazanıb.

Qeyd edək ki, A növü üzrə vakant vəzifələri tutmaq üçün növbəti test imtahanı mayın 26-da, B növü vəzifələr üzrə imtahanlar isə aprelin 22-də və iyunun 30-da keçiriləcək. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mingəçevirdə civə satan şəxs yaxalandı

23

May
09:27
HÜQUQ,HADİSƏ
389

Atəşkəs 24 dəfə pozuldu

23

May
09:15
HƏRB
321
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 06:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru