Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Aprel

2018
12:07
Rusiyanın “İskəndər” komplekslərini Ermənistana verməsinə Bakının cavabı-VİDEO

Minks tərəfindən "Polonez" raket sistemlərinin  ilk  ixracı artıq bu ildə baş verə bilər. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə "Kommersant" xəbər verib. Qəzetə mənbədən bildirilib ki, alıcı kimi Azərbaycan iştirak edir. Müqavilənin hüquqi  rəsmiləşməsi  final mərhələsindədir.

İlk təslimat 10 raket sistemi komplektini əhatə edəcək. Bura raketlər, idarəetmə məntəqələri, hərbi  nəqliyyatlar, radiolokasiya stansiyası daxildir.

Belorusiya istehsalı  olan "Polonez" Yaylım Atəşli Raket Sistemi  2016-cı ildə yaradılıb. "Polonez"i hazırlamaq haqqında qərar  Rusiyanın  Belorusiyaya "İskəndər" komplekslərini  verməkdən imtina etməsi olmuşdu. Moskva ancaq rusiyalı heyətlə kompleksləri təmin etməyə hazır idi.

"Azərbaycana "Polonez"lərin verilməsini Rusiyanın "İskəndər" komplekslərini Ermənistana verməsinə Bakının  cavabı kimi qiymətləndirmək olar", - deyə qəzetin hərbi diplomatik mənbəsi bildirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İskəndər Polonez 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 17:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com