Ordumuzun dünyadakı yeri məlum olub

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Aprel

2018
10:56
2436
Ordumuzun dünyadakı yeri məlum olub

Azərbaycan hərbi güc reytinqində 136 dövlət arasında 53-cü yeri tutur.

Bu barədə “Global Firepower Index” (Hərbi Gücün Qlobal İndeksi) təşkilatının dərc edilmiş hesabatında bildirilir.

Başqa sözlə, Azərbaycan ötən illə müqayisədə (59-cu yer) mövqeyini möhkəmləndirib.

Reytinqə əsasən, Türkiyə ilk onluqda yer alaraq 9-cu, İran 13-cü, Gürcüstan 82-ci, Ermənistan 84-cü yerdədir.

Reytinqə ABŞ, Rusiya və Çin başçılıq edir.

Qeyd edək ki, Hərbi Gücün Qlobal İndeksi (Global Firepower Index) dünya dövlətlərinin hərbi gücünü hərbi büdcənin miqdarı, canlı qüvvənin, tankların, təyyarələrin, sualtı qayıqların, aviadaşıyıcıların sayından asılı olaraq interqrallaşdırılmış göstəricilərlə qiymətləndirən reytinqdir.

Reytinq dövlətin adi silahlanması, eləcə də iqtisadi gücü, sərhədinin ölçüsü, özünütəmin etmək qabiliyyəti (neft kimi təbii ehtiyatlar), su mənbələrinə çıxış və s. kimi digər amillər əsasında hazırlanıb. (report)

Məqalədə : Azərbaycan ordusu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2018 15:38



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com