Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Aprel

2018
09:10
1071
Neftçalada kütləvi dava zamanı bıçaqlanan şəxslərin kimliyi müəyyənləşib

Bu gecə Neftçala rayonunda kütləvi dava zamanı bıçaq xəsarəti alan şəxslərin kimliyi müəyyənləşib.

Rayondakı restoranlardan birində içki məclisinin sonunda baş verən insident zamanı Neftçala rayonunun Xolqarabucaq kənd sakini, 1978-ci il təvəllüdlü Quliyev Vüsal Əzzağa oğlu, Qırmızıkənd sakini, 1985-ci il təvəllüdlü  Əsgərov Valid Həsənqulu oğlu və Salyan rayonunun Şorsulu kənd sakini, 1994-cü il təvəllüdlü Mirzəyev Babı İsmayıl oğlu çoxsaylı bıçaq xəsarəti alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdiriliblər. Davada xəsarət almayan 2 nəfər saxlanılıb.

Faktla bağlı Neftçala rayon Polis Şöbəsində cinayət işi başlanıb. 

Məqalədə : Neftçala 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2018 12:11

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status