Qəzadan yayınmaq istədi

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2018
16:35
1492
Qəzadan yayınmaq istədi

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan FaktXəbər-ə verilən məlumata görə, Aprelin 17 –də gecə saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Magistralın Şabran rayonu ərazisindən keçən hissəsində Cahangirov Asim Məmməd oğlunu avtomobil vurub. Piyada aldığı xəsarətdən dünyasını dəyişib. 

Dərhal Şabran RPŞ əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz tədbirlərlə yol-nəqliyyat hadisəsini “Mercedes Benz” markalı avtomobillə törədilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə yol qəzasını törədərək hadisə yerindən yayınmaq istəyən avtomobilin sürücüsü – Bəşir Mühtümov saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalədə : qəza həbs 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-08-2018 01:50



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com