Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2018
14:59
1897
DİM ikinci sınaq imtahanının nəticələrini açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 15-də I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) keçirilmiş ikinci sınaq imtahanının nəticələrini açıqlayıb.

DİM-dən FaktXəbər-ə verilən məlumata görə, imtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar. 

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 23 124 abituriyentdən 264 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 2 abituriyent imtahandan xaric olunub.

Aprelin 29-da keçiriləcək növbəti sınaq imtahanlarına yazılış davam edir.

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmiş istifadəçilər isə istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-07-2018 16:38



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com