Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2018
11:30
ABŞ Azərbaycanda 14 seysmoloji stansiya tikir

Azərbaycan və ABŞ seysmoloqlarının birgə işi olan “Qafqaz kəsilişi” layihəsi çərçivəsində işlər davam etdirilir. 

Bu barədə FaktXeber.com-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən məlumat verilib.

Məlumata görə, bununla bağlı Bakıya səfər edən amerikalı seysmoloqlar - Missuri Universitetinin professoru Erik Sandvol, Miçiqan Dövlət Universitetinin geoloji elmlər şöbəsinin seysmoloji laboratoriyasının baş mühəndisi Daniel Burk , Missuri Universitetinin elmi işçisi Utku Koçum və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Episentral” şöbəsinin müdiri Hidayət Tahirov, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərovun iştirakı ilə Hacıqabul, Neftçala, Göyçay və Qusar rayonlarında əvvəlcədən yerləşdirilmiş 4 stansiyada texniki yenilənmə işləri aparılıb.

Həmçinin həmin stansiyaların məlumatları emal üçün toplanıb. Bununla yanaşı bu ilin avqust ayında İsmayıllı, Quba, və Qusar rayonlarından keçən profil üzrə yerləşdiriləcək daha 14 stansiyanın yerləri müəyyən edilib.

Qeyd edək ki, “Qafqaz kəsilişi” layihəsi həyata keçirilməyə başlayıb. Layihənin həyata keçirilməsində məqsəd Azərbaycan ərazisində seysmotomoqrafiya işləri aparmaqdır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : ABŞ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2018 07:07



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com