Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2018
08:22
990
Suriyaya yenidən raket zərbələri endirilib

Aprelin 17-ə keçən gecə Suriyanın Hüms əyalətindəki  “Şayrat”  aviabazası və Dəməşqdən 50 km şimalda yerləşən Dümeyr aerodromuna raket zərbələri endirilib.

FaktXəbər-in RT-yə istinadən məlumatına görə, Suriyanın havadan müdafiə sistemləri “Şayrat” aviabazasına atılan 6 raketi vurub. Daha 3 raket Dümeyrə çatmamış vurulub.

“Al Masdar” portalının məlumatına əsasən, zərbələr Suriyaya Livan ərazisindən daxil olan İsrail Hərbi-Hava Qüvvələrinin təyyarələri tərəfindən endirilib. 

“Al-Masdar”-ın digər məlumatına əsasən, Suriya havadan müdafiə sistemləri ölkənin hava məkanını pozan hərbi təyyarələr istiqamətində bir neçə raket buraxıblar.

İsrail və ABŞ Suriyadakı insidentlə bağlı onlarda heç bir məlumatın olmadığını bildiriblər.

Məqalədə : Suriya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2018 07:37

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status