Bu meyvə-tərəvəzlə qidalanmaq xəstəlik yarada bilər - TƏHLÜKƏ

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2018
20:52
3182
Bu meyvə-tərəvəzlə qidalanmaq xəstəlik yarada bilər - TƏHLÜKƏ

Aprel ayı yenicə girməsinə baxmayaraq, artıq bazarlarda, supermarketlərdə mövsümü olmayan meyvə-tərəvəzlərə rast gəlirik. Onların arasında çiyələk, alça, pomidor, xiyar, badımcan və sairə qeyd etmək olar. 

Məlum olduğu kimi, bu cür meyvə-tərəvəzlər istixanalarda, parnikdə yetişdirilir, becərilir. Təbii ki, parnikdə yetişdirilən meyvə-tərəvəzin dad və keyfiyyəti təbii şəraitdə yetişdirilənlərdən dəfələrlə aşağı olur - baxmayaraq ki, görünüşcə insana “gəl-gəl” deyir. Digər tərəfdən, istixanalarda yetişən məhsulları bir qədər tez, hələ tam yetişməmiş yığırlar ki, uzaq məsafəyə daşınarkən öz-özünə yetişsin, tez xarab olmasın. 

Bəs bu cür meyvə-tərəvəzlərin insan orqanizminə necə təsir göstərir? Ekspertlər qeyd edir ki, meyvə-tərəvəzləri istixana şəraitində yetişdirmək üçün onlara xüsusi süni şərait yaradılır, bunun üçün də müxtəlif kimyəvi maddələrdən, hormonlardan istifadə olunur. Məhsulun saxlanıldığı şəraiti normallaşdırmaq üçün müəyyən üsullardan istifadə olunur. Bu səbəblərdən də parnik məhsulu insan orqanizminə mənfi təsir göstərir, hətta müxtəlif xəstəliklər, o cümlədən onkoloji, ürək-damar, ağciyər xəstəlikləri yarada bilir. Belə ki, vaxtından tez yetişmiş, mövsümi olmayan meyvələrin qəbulu insan orqanizminə, xüsusilə də, uşaqlara çox böyük mənfi təsir göstərir. Bu onların bütün orqanlarında, xüsusilə də, qara ciyərində, görmə qabiliyyətində mənfi izlər buraxır. Mövsümi olmayan meyvə-tərəvəzlə qidalanma orqanizmin passiv zəhərlənməsidir. Bu da gələcəkdə həm ömürlərin qısalmasına, həm də uşaqların əksəriyyətinin allergiyalarla böyüməsinə səbəb olur. Məsələ ondadır ki, bir aya yetişən meyvə-tərəvəzlərin hamısı hormonlarla yetişdirilir. Bu isə onkoloji xəstəliklərə gətirib çıxarır. Orqanizmə daxil olan hormonlar bədəndə normadan artıq olanda bədənin ifraz etdiyi öz hormonlarının miqdarı bir qədər zəifləyir, çünki qanda var. Bu da müxtəlif geridönməz proseslərə gətirib çıxarır.

Mövzu ilə bağlı həkim Seyfəddin Əsəd “Yeni Müsavat”a danışıb, bütün meyvə-tərəvəzlərin öz mövsümündə dəyərli olduğunu vurğulayıb: “Məsələn, hər kəs bilir ki, indi satılan pomidor kimyəvi maddələrlə yetişir, eləcə də çiyələk və digər meyvə-tərəvəz. Beləliklə, parnikdə yetişdirilən meyvə və tərəvəzlərdəki kimyəvi maddələr orqanizmə daxil olur və sonradan müəyyən fəsadlara, o cümlədən zəhərlənmələrə yol aça bilir. Lakin təbii gübrə, torpaq ilə becərilən meyvə-tərəvəzləri öz mövsümündə qəbul etdikdə olduqca qiymətlidir və onlarsız yaşamaq mümkün deyil. Məsələn, mövsümdə yetişdirilən pomidor indiki pomidordan dəfələrlə ətirli, faydalıdır - buna baxmayaraq insanlar mövsümündə olmayanda da meyvə-tərəvəzləri qəbul edir v bu dövrün tələbədir. Artıq qarşıdan may ayı, yay gilasının, alçanın mövsümü gəlir. Təbii meyvələr tamamilə başqadır. Tövsiyə edirəm ki, təbii meyvə və tərəvəzlərdən istifadə olunsun”.

Seyfəddin Əsəd xüsusi qeyd eləyib ki, ölkəmizdə təbii şəraitdə yetişdirilən meyvə-tərəvəzlər çox dəyərli və faydalıdır:“Dünyanın heç bir yerində meyvə və tərəvəz Azərbaycanda olduğu qədər dadlı deyil. Bu da torpaqdan, sudan, havadan asılıdır. Məsələn, Ordubadda yetişən ərik, qoz, heyva, limonu dünyanın heç bir yerində tapmaq mümkün deyil. Ölkəmizdə banan, digər sitrus meyvələri də yetişdirilir. Məlum məsələdir ki, həmin meyvələr kimyəvi maddələrlə saxlanılır, bu da insan orqanizminə ziyandır. Bunun üçün də daha çox yerli meyvələrə üstünlük verilməsini tövsiyə edirəm”.

Məqalədə : meyvə-tərəvəz 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2018 05:49



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com