Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2018
15:31
Dumadakı `kimyəvi hücum` belə hazırlanıb - VİDEO

Rusiyanın Müdafiə Nazirliyi Suriyanın Duma şəhərində "kimyəvi hücum"la bağlı hazırlanmış görüntünün iştirakçılarını tapa bilib. FaktXəbər-in verdiyi məlumata görə, Duma şəhərindəki xəstəxanada olan iki suriyalı həkim məlum hadisə ilə bağlı həqiqətləri ortaya çıxarıblar.

Suriyalı həkimlər xəstəxanada təcili tibbi yardım xidmətinin əməkdaşları olduqları üçün ora gətirilən insanlarda heç bir kimyəvi qaza yoluxma hallarının baş vermədiyini və görüntülərin isə saxta olduğunu bildiriblər.

Xəlil Əcic adlı suriyalılardan biri xəstəxanada kimyəvi hücumun "ağ dəbilqəlilər" tərəfindən hazırladığını deyib: "Dumada bir ev bombardman olunmuşdu. Aşağı mərtəbəsində isə yanğın baş vermişdi. Xəstəxanaya yanğın zamanı yaranan tüstüdən təsirlənən şəxslər gətirilmişdi. Onlara ilkin tibbi yardım göstərilərkən naməlum şəxs gəldi və kimyəvi maddə ilə zəhərləndiklərini iddia etdi".

Digər həkimi isə bildirir ki, insanlar xəstəxanaya gətirildikdən sonra bir nəfər "kimyəvi hücum" deyərək qışqırmağa başlayıb: "Bizi həmin vaxt çəkirdilər və bir nəfər kimyəvi hücum deyə qışdırdı. O, dedi ki, insanlar kimyəvi maddədən zəhərləniblər. Hamı qorxamağa başladı və bir-birinə su atdı. Həkimlər isə bizə deyirdilər ki, kimyəvi zəhərlənmə baş verməyib".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Duma 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2018 20:27



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com