Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2018
11:47
546
Bakı və Sumqayıtda hemofiliyalı xəstələrin sayı artıb

Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin nəzdində yerləşən Elmi - Praktiki Hemofiliya Mərkəzində 1595 xəstə dispanser qeydiyyatındadır.

Bunu Mərkəzin rəhbəri Elmira Qədimova deyib.

2017-ci ildə 53 hemofiliyalı xəstənin ilkin qeydiyyata götürüldüyünü bildirən E. Qədimovanın sözlərinə görə, Bakı, Sumqayıt və Mərkəzi Aran regionunda hemofiliyalı xəstələrin sayı artıb: "Hemofiliyalı xəstələrin sayı Bakıda 758 nəfər, Sumqayıtda isə 77 nəfər təşkil edir. Qeydiyyatda olan xəstələrin 21%-i isə 1-15 yaşında olanlardır".

Mərkəzin rəhbəri qeyd edib ki, bu gün 54 ağır hemofiliyalı uşaq I profilaktika müalicəsi alır.(APA)

Məqalədə : hemofiliya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-04-2018 07:08

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status