Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2018
10:26
4557
Nazirlər Kabinetinin istefa verəcək üzvləri - SİYAHI

Mərkəzi Seçki Komissiyası (MSK) dünən aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurub. Seçki Məcəlləsinin tələblərinə əsasən, MSK-nın seçkilərin nəticələrini təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə göndərib.

Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb. Ölkə qanunvericiliyinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə əsasən, prezident seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan etməlidir.

Konstitusiya Məhkəməsi seçkinin yekunlarını rəsmən elan etdikdən 3 gün sonra isə prezident seçilmiş şəxs Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməlidir. 

And içdiyi gündən Azərbaycan Respublikasının prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə görə, yeni seçilmiş Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verməlidir.

Qeyd edək ki, Nazirlər Kabinetinə Baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir.

Bəs onlar kimlərdir? Modern.az Nazirlər Kabinetinə daxil olan rəsmilərin siyahısını təqdim edir:

Baş nazir Artur Rasizadə

Baş nazirin birinci müavini Yaqub Eyyubov

Baş nazirin müavinləri Əli Əhmədov, Abid Şərifov, İsmət Abasov, Elçin Əfəndiyev

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov

xarici işlər naziri Elmar Məmmədyarov

müdafiə naziri Zakir Həsənov

ədliyyə naziri Fikrət Məmmədov

daxili işlər naziri Ramil Usubov

fövqəladə hallar naziri Kəmaləddin Heydərov

müdafiə sənayesi naziri Yavər Camalov

maliyyə naziri Samir Şərifov

vergilər naziri Mikayıl Cabbarov

iqtisadiyyat naziri Şahin Mustafayev

kənd təsərrüfatı naziri Heydər Əsədov

energetika naziri Pərviz Şahbazov

nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə

əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov

səhiyyə naziri Oqtay Şirəliyev

mədəniyyət və turizm naziri Əbülfəs Qarayev

ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov

gənclər və idman naziri Azad Rəhimov

təhsil naziri  - boşdur

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri  - boşdur

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev

Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov

Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli. 

Məqalədə : Nazirlər Kabineti 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2018 07:29

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status