Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2018
09:53
Ağ Ev Suriyadan hərbi kontingenti çıxarmaq istəyir

Ağ Ev bəyan edib ki, ABŞ  amerikalı hərbçiləri  Suriyadan vətənlərinə  qaytarmağı düşünür. FaktXeber.com-un məlumatına görə, bu barədə AFP Ağ Evin bəyanatına istinadla xəbər yayıb.

Bildirilir ki, ABŞ-ın Suriyada missiyası dəyişməyib, qoşun mümkün qədər tez geri qayıdacaq. 

Xatırladaq ki, ABŞ, Böyük Britaniya və Fransa silahlı qüvvələri Suriya hökumətinin kimyəvi silah tətbiq etdiyi bəhanəsi ilə şənbə günü səhər saat 3:42-dan saat 5:10 qədər Suriyaya 100-dən çox raket atıblar. Raketlərdən 71-i Suriya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub. Rusiya qüvvələri müdafiəyə cəlb olunmayıb, amma hər raketin buraxılışını izləyiblər. Rusiya və İran rəhbərliyi Suriyaya qarşı hücumu suveren dövlətə qarşı təcavüz aktı kimi dəyərləndiriblər. Kimyəvi hücum faktı isə təsdiq olunmayıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Suriya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2018 22:43



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com