Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2018
09:31
İki gündə yol qəzalarında 4 nəfər ölüb, 11 nəfər xəsarət alıb

Aprel ayının 14-dən 16-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 170 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qəza 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 06:57



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com