Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2018
09:30
1600
Tramp Suriyaya hücum zamanı Rusiya RƏM-ni vurmaq istəyib

ABŞ prezidenti Donald Tramp Suriyaya edilən təcavüz zamanı Rusiyaya məxsus Hava Hücumundan Müdafiə Qüvvələrinə də raket zərbələri endirmək istəyib. Bu addım ona verilmiş hərbi əməliyyatlar ssenarilərində nəzərdə tutulubmuş. FaktXəbər-in məlumatına görə, bu barədə "The Wall Street Journal" yazıb.

Bu barədə qəzetə danışan mənbə bildirib ki, Pentaqon rəhbəri Ceyms Mettis Suriyada hərbi əməliyyatlara dair ABŞ rəhbərliyinə 3 ssenari təklif edib. Birinci planda Suriyada kimyəvi silahla əlaqəsi olan obyektlərə zərbə nəzərdə tutulurdu. İkincisində Suriyanın hərbi komandanlıq mərkəzi daxil olmaqla daha geniş spekterli hədəfləri əhatə edirdi. Üçüncü ssenaridə Rusiyanın Suriyadakı RƏM-i zərbə altında düşürdü.

Mənbə bildirib ki, Tramp Suriyada Rusiya və İran obyektlərinə zərbə endirmək üçün təkid edirmiş, lakin  Mettis Amerika liderini «hibrid planı» təsdiqləməyə (hansı ki, həyata keçmişdi) razı sala bilib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron  bəyan etmişdi ki, məhz  Fransa tərəfi  Trampa Suriyadakı obyektlərə məhdud zərbə vurmağa razı sala bilib.

Xatırladaq ki, ABŞ, Böyük Britaniya və Fransa silahlı qüvvələri Suriya hökumətinin kimyəvi silah tətbiq etdiyi bəhanəsi ilə şənbə günü səhər saat 3:42-dan saat 5:10 qədər Suriyaya 100-dən çox raket atıblar. Raketlərdən 71-i Suriya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub. Rusiya qüvvələri müdafiəyə cəlb olunmayıb, amma hər raketin buraxılışını izləyiblər. Rusiya və İran rəhbərliyi Suriyaya qarşı hücumu suveren dövlətə qarşı təcavüz aktı kimi dəyərləndiriblər. Kimyəvi hücum faktı isə təsdiq olunmayıb.

Məqalədə : Suriya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-07-2018 23:25



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com