Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2018
08:58
Salyanda baş verən yol qəzasında polis zabiti ölüb

Salyanda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə ötən gün axşam saatlarında Salyan-Neftçala avtomobil yolunda rayonun Kürqaraqaşlı kəndində qeydə alınıb.

Belə ki, Neftçala şəhər Bakıxanov küçəsi, ev 8-a ünvanında yaşayan, 1994-cü il təvəllüdlü Niftəliyev Rza Hicran oğlu idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobil yolun kənarındakı dirəyə çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Ölən Neftçala Rayon Polis şöbəsinin əməkdaşı, polis baş leytenatı olub.

Faktla bağlı araşdırma aparılır./Report

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Salyan yol qəzası 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 23:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com