Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Aprel

2018
23:58
1044
Zaxarova `Skripal işi` və Suriyadakı vəziyyətin əlaqəsini tapıb

"Skirpal işi" və Suriyadakı vəziyyət bir-biri ilə bağlıdır.

FaktXəbər-in məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova "Rossiya 1" telekanalında "Bazar gecəsi" proqramının efirində bildirib.

"Suriya və bir Solsberi işi arasında çoxlu sayda birləşdirən məqamlar var. Yenə də bu kütləvi informasiya vasitələridir. Fransız güc strukturlarının və Fransa xüsusi xidmət orqanlarının bombardmanlardan dərhal sonra hesabatlarına baxın. Orada göstərilir ki, əsas arqumentlər KİV və soaial şəbəkələrdən götürülüb.  EYni ilə "Skripal işi"ndə olduğu kimi, bütün işlər kütləvi informasiya vasitələri üzərindən aparılır", - Zaxarova bildirib.

O, hər iki hadisənin ümumi formada "öldürən təbliğat" adlandırıb.

"Qərbdə kütləvi informasiya vasitələrini idarə edən rəsmi şəxslər dünyanın müxtəlif yerlərində bu tətik mexanizmindən istifadə edirlər", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi fikrini tamamlayıb.

Məqalədə : Zaxarova Suriya 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-04-2018 07:08

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status