Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Aprel

2018
23:32
1343
Yəməndə terror əsdirənlər Bəşşar Əsədi qınadılar

Ərəb Dövlətləri Liqasının bu gün Səudiyyə Ərəbistanının Dəhran şəhərində keçirilmiş sammiti Suriya hökumətini kimyəvi silahdan istifadə etməkdə günahlandırıb və beynəlxalq araşdırmanın keçirilməsini tələb edib.

FaktXəbər-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr bəyan edib.

“Ərəb Dövlətləri Liqası Bəşşar Əsəd rejiminin Suriya xalqına qarşı kimyəvi silah istifadə etməsini qəti şəkildə pisləyib. Bu sammitin qəbul etdiyi yekun bəyanatda əksini tapıb”, deyə nazir qeyd edib.

Müzakirələr zamanı Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri Suriyaya qarşı hərbi əməliyyatın keçirilməsini dəstəkləyib. İraq, Əlcəzair və Tunis isə koalisiyanın Suriyanı bombalamasını pisləyib.

Qeyd etmək yerinə düşərdi ki, Suriya dövlətinə qarşı terror hücumlarının başladığı ilk gündən etibarən Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri terrorçulara himayədarlıq edərək dünyanın müxtəlif ölkələrdən onların daşınaraq Suriyaya gətirilməsinə şəxsən rəhbərlik ediblər. Bundan əlavə, terrorçuların maliyyələşdirilməsi və hər cür silahla təchizatı da məhz bu dövlətlər tərəfindən həyata keçirilir. Heç də təsadüfi deyil ki, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman "Washington Post"a müsahibəsində bunu etiraf edib. O, vəhhabilərin maliyyələşdirilməsi işlərinin Səudiyyədəki vəqflər tərəfindən həyata keçirildiyini bildirib. Digər tərəfdən, Yəməndə Səudiyyə rejiminin tapşırığı ilə oturub-duran Mənsur Hadi hökumətinə etiraz edən xalqı 3 ildir bombardman edənlər də məhz sözügedən dövlətlərin yaratdığı koalisiyadır. Bu müddət ərzində Yəmənə tətbiq edilən hərtərəfli blokada ölkədə qıtlıq yaradıb və adi dərman preparatları çatışmır. Minlər uşaq dərman çatışmazlığında tələf olublar. Yəməndə həmçinin vəba və difteriya xəstəliyi də dərman çatışmazlığı üzündən hər gün onlarla uşağın ölümünə səbəb olur. Bəhreyndə isə krallıq rejimi xalqın dinc etiraz aksiyaları odlu silahlarla dayandırır. Hazırda Bəhreyn həbsxanalarında hökumətin minlərlə müxlifi işgəncələr görür. Adlarında bu qədər qanlı hadisələr olan, qırğınlar törədən rejimlərin öz ölkəsini terrorçulardan qoruyan Bəşşar Əsədi ittiham etməsi sadəcə gülüş doğurur.

Məqalədə : Suriya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2018 10:19



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com