Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Aprel

2018
15:41
1844
Britaniya Rusiyanın kompüter şəbəkəsinə hücuma hazırlaşır

Britaniya xüsusi xidmət orqanları Moskvanın "təcavüzkar" hərəkətlərinə cavab olaraq Rusiyanın kiberməkanına hücum etməyə hazırdır.

FaktXəbər-in məlumatına görə, bu barədə "Sunday Times" qəzeti ölkənin təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən yazıb.

Cavab tədbirlərinin hazırlanmasında Rabitə və Müdafiə nazirlikləri iştirak edir.

"Kibermütəxəssislər artıq Rusiyanın kompüter şəbəkələrində mövqelərini tutublar", - qəzet yazır.

Qəzetin məlumatına görə, London əsas infrastruktur obyektlərinə, xüsusi ilə səhiyyə müəssisələrinə kiberhücum gözləyir.

Bundan əlavə, mənbənin sözlərinə görə, Britaniya kəşfiyyatı hesab edir ki, Rusiya digər yüksək vəzifəli şəxslər - parlamentarilər və Britaniya Nazirlər Kabinetinin üzvlərinə qarşı şəbəkədə "kompromat" məlumatlar yaya bilər. Kəşfiyyat xidmətləri xəbərdarlığı şəxsən baş nazir Tereza Meydən alıb.

"Biz bilirik ki, Rusiyanın ssenarisində nüfuzdan salma xarakterli materiallar var və biz buna hazırıq. Bizə məlumdur ki, onlarda böyük miqyasda tətbiq imkanları var", - mənbə "Sunday Times"a bildirib.

Mart ayında qəzet hökumətdəki mənbəyələrinə istinadən məlumat yaymışdı ki, Britaniyanın Kibertəhlükəsizliyə dair Milli Mərkəzi ölkənin əsas enerji kompaniyasına təhlükəsizlik tədbirlərini gücləndirilməsi barədə xəbərdarlıq etmişdi. Buna səbə Rusiya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı polkovnik Sergey Skripal və qızının zəhərlənməsində Rusiyanın ittiham edilməsi idi. 

Məqalədə : kiberhücum 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
122

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
100

2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

24

May
15:53
AİLƏ, SAĞLAMLIQ
1569

Paşinyanın oğlu Yerevana qaçdı

24

May
15:07
DÜNYA
431
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2019 04:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru