Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Aprel

2018
14:38
1859
Bəşşar Əsəd: Suriya xalqı NATO-dan qorxmur

Suriyanın kimyəvi silah arsenalı yoxdur.

FaktXəbər-in məlumatına görə, bu sözləri Rusiyadan olan deputatlarla görüşən Suriya prezidenti Bəşşar Əsəd söyləyib.

Rusiyadan olan deputat Sergey Jeleznyaq bildirib ki, ABŞ, Fransa və Böyük britaniyanın hücumunu Əsəd düşmən aktı kimi dəyərləndirib.

Onun sözlərinə görə, Suriya prezidenti bildirib ki, ABŞ Dövlət Departamentinin Suriyanın öz kimyəvi arsenalını yoxlanışa açmaq barədə bəyanatına münasibət bildirmək istəmir. Çünki Suriya kimyəvi silahlarını Moskvanın köməyi ilə məhv edib.

Əsəd deputatlarla görüşdə vurğulayıb ki, Suriyanın Hava Hücumundan Müdafiə Qüvvələri düşmənə qarşı effektiv müdafiə qurub və Suriya vətəndaşları artıq NATO-dan qorxmur.

Jeleznyak bildirib ki, onlar Suriya lideri ilə Hava Hücumundan Müdafiə sistemlərinin tədarükü barədə müzakirə aparmayıblar.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bir müddət əvvəl Dəməşqə S-300 tədarükü məsələsinə yenidən baxıla biləcəyini açıqlamışdı.

Əsəd görüş zamanı həmçinin Amerika silahlarını da tənqid edib: "Dünən Amerika təcavüzünü gördük və biz də onu 70-ci illərin istehsalı olan raketlərlə dəf etdik. 90-cı illərin Amerika filmlərində göstərirdilər ki, Rusiya silahı geridə qalıb. Bu gün isə biz kimin həqiqətən geridə qaldığını ördük."

Xatırladaq ki, ABŞ, Böyük Britaniya və Fransa silahlı qüvvələri Suriya hökumətinin kimyəvi silah tətbiq etdiyi bəhanəsi ilə şənbə günü səhər saat 3:42-dan saat 5:10 qədər Suriyaya 100-dən çox raket atıblar. Raketlərdən 71-i Suriya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub. Rusiya qüvvələri müdafiəyə cəlb olunmayıb, amma hər raketin buraxılışını izləyiblər. Rusiya və İran rəhbərliyi Suriyaya qarşı hücumu suveren dövlətə qarşı təcavüz aktı kimi dəyərləndiriblər. Kimyəvi hücum faktı isə təsdiq olunmayıb.

Məqalədə : Suriya Bəşşar Əsəd 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-07-2018 23:26



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com