Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Aprel

2018
13:42
Ağsuda çörəkbişirmə sexində yanğının söndürülməsinə 3 rayonun yanğınsöndürənləri cəlb olunub

Ağsu rayonunda yanğın olub.

FaktXəbər-in APA-ya istinadən məlumatına görə, Ağsu şəhərindəki mərkəzi bazarın yanında yerləşən və sahibkar, 1950-ci il təvəllüdlü İsmayılov Mustafa Əbil oğluna məxsus ümumi sahəsi 345 kvadratmetr olan çörəkbişirmə sexində baş verən yanğının söndürülməsinə Ağsu, İsmayıllı və Kürdəmir Dövlət Yanğından Mühafizə hissələrinin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı müəssisənin 313 kvadratmetrlik hissəsi yanıb, ona birləşik 345 kvadratmetrlik digər ticarət obyekti və yaxınlıqdakı bazar alovdan mühafizə edilib. Yanğın saat 12:30 radələrində tam söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : yanğın 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 07:17



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com