Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Aprel

2018
12:47
MSK seçkilərə yekun vurdu - SON NƏTİCƏ

Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokol tərtib edib.

FaktXəbər-in məlumatına görə, tərtib edilmiş protokol təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunacaq.

MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 86,02 faiz səslə prezident seçkilərinin qalibi olub.

Digər namizədlərin səs faizi bu cür olub:

- Zahid Oruc 3,12

- Sərdar Cəlaloğlu 3,03

- Qüdrət Həsənquliyev 3,02

- Hafiz Hacıyev 1,52

- Araz Əlizadə 1,38

- Fərəc Quliyev 1,17

- Razi Nurullayev isə 0,74.

Bildirilib ki, səsvermədə seçicilərin 74,30 faizi iştirak edib. 12 403 səs etibarsız sayılıb.

Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını səsvermə günündən sonra 14 gün ərzində rəsmən təsdiq etməlidir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : prezident seçkiləri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 15:02



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com