Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Aprel

2018
12:04
2618
ABŞ, Britaniya və Fransa BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı qətnamə layihəsi təqdim ediblər

ABŞ, Böyük Britaniya və Fransa BMT Təhlükəsizlik Şurasına Suriya ilə bağlı kimyəvi silahın tətbiqinin araşdırılması üçün yeni qətnamə layihəsi göndəriblər. 

FaktXəbər-in məlumatına görə, bu barədə "Liberation" nəşri xəbər verib.

Bildirilir ki, üç ölkənin təqdim etdiyi qətnamə layihəində humanitar yardımın maneəsiz nəqlinin təmin edilməsi, atəşkəs çağırışı və Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi altında Dəməşqlə sülh danışıqlarına başlanılması tələbi var.

Bundan başqa, qətnamə layihəsində Suriyada kimyəvi hücum barədə məlumatın müstəqil araşdırılması təklif edilir.

ABŞ və müttəfiqləri Suriyadan heç bir şərt irəli sürmədən atəşin dayandırılmasını və 2401 saylı qətnamənin yerinə yetirilməsini və sülh danışıqlarında iştirak etməyi tələb edirlər.

Qeyd edək ki, bundan əvvəl Rusiya Birləşmiş Ştatlar və müttəfiqləri tərəfindən Suriyaya təcavüzü ilə bağlı qətnamə layihəsi təqdim edib. Qətnamə layihəsində Vaşinqtondan, London və Parisin Suriyaya təcavüzünün dərhal dayandırılması tələb edilir, BMT Nizamnaməsi və beynəlxalq hüququn pozulması xatırladılır. Lakin Rusiyanın qətnamə layihəsi BMT Təhlükəsizlik Şurası Tərəfindən səs çoxluğu qazanmadığı üçün qəbul edilməyib. 

Xatırladaq ki, ABŞ, Böyük Britaniya və Fransa silahlı qüvvələri Suriya hökumətinin kimyəvi silah tətbiq etdiyi bəhanəsi ilə şənbə günü səhər saat 3:42-dan saat 5:10 qədər Suriyaya 100-dən çox raket atıblar. Raketlərdən 71-i Suriya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub. Rusiya qüvvələri müdafiəyə cəlb olunmayıb, amma hər raketin buraxılışını izləyiblər. Rusiya və İran rəhbərliyi Suriyaya qarşı hücumu suveren dövlətə qarşı təcavüz aktı kimi dəyərləndiriblər. Kimyəvi hücum faktı isə təsdiq olunmayıb.

Məqalədə : Suriya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
532

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
386

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
408

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
447

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
478

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
453

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1050

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
847
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 02:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru