Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Aprel

2018
12:19
3996
Ayətullah Xamenei: ABŞ, Fransa və Böyük Britaniya liderləri canidirlər

Suriyaya hücum həyata keçirən ABŞ, Fransa və İngiltərəyə ən sərt reaksia İrandan gəlib.

FaktXəbər-in "Mehr" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İranın rəsmi şəxslər və İslam ölkələrinin Tehran səfirləri bu gün səhər saatlarında Ali Lideri Aytəullah Seyid Əli Xamenei ilə görüşüb.

Ayətullah Seyid Əli Xamenei görüş zamanı bildirib ki, "bu gün səhər saatlarında Suriyaya təşkil olunan hücum cinayətdir. Çox dəqiq şəkildə ABŞ, Fransa prezidenti və İngiltərə baş nazirinin cani olduqlarını və cinayət törətdiklərini elan edirəm. Onlar cinayət ediblər. Bir fayda də əldə etməyəcəklər. Belə ki, ötən illərdə İraq, Suriya və Əfqanıstanda bu kimi cinayətlərinə baxmayaraq bir fayda əldə etmədilər."

Ayətullah Xamenei həmçinin qeyd edib ki, dünənə qədər açıq və gizli olaraq İŞİDİ dəstəkləyənlər bu gün İŞİD-i məğlub etdiklərini iddia edirlər. Amma bu yalandır, belə bir şey yoxdur.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Duma şəhərində kimyəvi silahlardan istifadə edilməsi bəhanəsi ilə Suriya ərazisinə zərbə endirilməsi barədə əmr verib. Suriyanın vurulmasına Böyük Britaniya və Fransa da dəstək verib. ABŞ Hərbi Hava Qüvvələri Dəməşqdə yerləşən hərbi laboratoriyanı və Homsdakı hərbi bazaların birini "Tomaqavk" raketləri ilə vurub. ABŞ-ın atdığı raketlərdən bəzisi Dəməşqin Bərzə dairəsindəki tədqiqat mərkəzinə düşüb.   "SANA" dövlət televiziyası xəbər verir ki, Suriyanın Raket Əleyhinə Müdafiə sistemləri Dəməşqin cənubunda 13 raketi zərərsizləşdirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Türk futbolçu "Bavariya"da

26

İyun
18:28
İDMAN
1436

"Piramida plaza"da yanğın - VİDEO

26

İyun
18:19
HÜQUQ,HADİSƏ
1944

Yol polisindən “plyonka xəbərdarlığı"

26

İyun
14:05
NƏQLİYYAT
2052

Azərbaycan nefti cüzi bahalaşıb

26

İyun
12:26
İQTİSADİYYAT
2160

Sabahın hava proqnozu açıqlanıb

26

İyun
12:22
ÖLKƏ
1834

Günün qarşılaşmaları TV AFİŞA

26

İyun
12:08
İDMAN
582

Fazil Məmmədovun səhhəti pisləşdi

26

İyun
10:44
ÖLKƏ
146

Neft kəskin bahalaşıb

26

İyun
09:53
İQTİSADİYYAT
1949

“Ata Holding” zərərlə işləməyə başlayıb

26

İyun
09:50
İQTİSADİYYAT
116
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 19:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru